Yazıl | Giriş  


OğuzTV:Sarkisyani Tehrana ,fars molla rejiminin müdafiə naziri H.Ə Dehaqan dəvət edib. Fars molla rejiminin nazirinin bu dəvətinin əsas məqsədi iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək  olub.Belə çıxır ki 2017 ci ildə Quzey Azərbaycan əleyhinə iki işğalçı ölkə İran və Ermənistan müttəfiqliyi dahada dərinləşir.

İşğalçı ermənistan müdafiə naziri Vigen Sarkisyan fars rejimin xarici işlər naziri Məhəmməd Cavad Zəriflə,İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani ilə ,iran məclis başqani Əli laricani ilə ,Fars rejiminin müdafiə naziri Hüseyəli Dehaqan ilə görüşüb və iran -ermənistan yeni hərbi əməkdaşlığını və ermənistanin təhlükəsizlik sahəsində və iqtisadi dirçəlişi kimin məsələləri müzakirə edib.

Son zamanlar İranı daha nigəran edən əsas məsələ Qarabağ azadlğı olub,əgər Qarabağda müharibə başlayarsa,Azərbaycan savaşı qazanacaq və İran ermənilərin Azərbaycana uduzmasını istəməyəcək və buna mane olmaq üçün əlindən gələni edəcək ama işi çox çətin olacaq üstəlik İran adlanan yerin yarısını təşkil edən güney Azərbaycan türkləri , Azərbaycan dövlətinin yanında durub və Qarabağın azadlğından yanadır.
Xüsusən, Güney Azərbaycan milli hərəkati gücləndığı bir dönəmdə ,Quzey Azərbaycanın yeni silah alması və ordusunu daha gücləndirdiyi bir zamanda, İranlı nazirin dəvəti görsədir ki fars rejimi ermənistana hərbi-texniki komək verməsini vacib sayır və farslar keçmişdən daha çox erməniləri savunmaq və qullanmağı ehtiyac his edirlər.

 
Oğuz Xəbər otaqı daha öncədə xəbər verdiyi kimi bu səfər pilanı səfər başa çatanadək  gizli tutulub.Görüşlərdə İran-Ermənistan münasibətlərinin prioritetləri, gələcəkdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Qeyd edək ki, İran qondarma “erməni soyqırımı” idialarını rəsmən tanımasa da, öz ölkəsində həm medianın, həm də erməni diasporunun geniş fəaliyyətinə şərait yaradıb. İran üçün Ermənistan birinci növbədə Azərbaycan və Türkiyə qarşı anti Türklük amilinə görə strateji önəmə malikdir. İranın Ermənistanla əlaqələrini genişləndirməkdə məqsədi yalnız iqtisadi qazanc yox, Azərbaycan əleyhinə siyasi ittifaqı gücləndirməkdir.
Tehran fars rejimi əvvəlki tək bölgədə güclü və inkişaf edən Azərbaycanın varlığından ehtiyat edir. İran Dağlıq Qarabağı işğal edən Ermənistanı 25 ildir dost dövlət adlandırır və ona qardaşlıq edir.
İranla Ermənistan arasında əməkdaşlığın iqtisadi komponenti yalnız ilkin istehlak malları sahəsində ticarətlə məhdudlaşmır.
İran və Ermənistanın müdafiə nazirləri Hüseyn Dehqan və Vigen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. Münaqişəyə dair fikir mübadiləsi aparan tərəflər münaqişənin hərbi yolla həllinin mümkün olmadığını vurğulayıblar. Erməni nazir İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində oynadığı rolu alqışlayıb.


 
Hərbi məslədən sonra ,bu görüşdə eyni zamanda ölkələr arasında əməkdaşlığın yeni formatı və təxususilə hesablanmış yeni təşəbbüslər şəklində təzahür edir. İqtisadi sahədə ölkələr arasında mal dövriyyəsinin həcmi yüz milyonlarla ölçülür.
İranla Ermənistanın arasında real mal dövriyyəsində Ermənistan ərazisindən gizli, məxfiləşdirilmiş şirkətlər vasitəsilə İrana kütləvi qırğın silahlarının istehsalında istifadə olunan malların tədarükü daha böyük rəqəmlərdən xəbər verir. Ermənistana energetika, nəqliyyat sahəsində kapital qoyuluşlarının həcminin artırılması istiqamətində davam edən layihələrin tamamlanması və yenilərinin başlanılması üçün tədbirlər də nəzərdə tutulur.

İran-Ermənistan dəmir yolu magistralının həyata keçirilməsi ilə yanaşı İranın SUNİR və MAPNA kimi,İran İslam İnqilabının Keşikçiləri Korpusunun- SEPAH idarəçiliyində olan şirkətlərinin vasitəsilə geniş kapital qoyuluşu da müşahidə edilir.
İran utanmadan işğal altında olan güney Azərbaycanın Təbriz şəhərindən Ermənistanın Yerasx məntəqəsinə neft məhsullarının daşıyacaq neft borusunun çəkiləməsi layihəsinə 350 milyon dollar həcmində investisiya yatırmağı öhdəsinə götürüb, eyni zamanda Mərənddən başlayıb Zəngəzurdan keçən dəmir yoluna əsas kapital qoyuluşu bilavasitə İran tərəfindən həyata keçirilməlidir.
Bu layihəyə nəzərdə tutulan investisiyanın həcmi 2 milyard dollara bərabərdir. Layihənin maliyyələşdməsində Dünya Bankı və Asiya İnkişaf Bankının maraq göstərdiyi vurğulansa da, əsas investorun İran olacağı bildirilir.
Ermənistan – İran əlaqələri qeyd etdiyimiz kimi yalnız iqtisadi əməkdaşlıq, o cümlədən İrana qarşı beynəlxalq sanksiyaların pozulmasında Ermənistan mövqeyindən istifadə halları ilə məhdudlaşmır. Bu əlaqələr eyni zamanda anti Azərbaycançılıq ideoloji-siyasi, təhsil və elm sahəsində də strateji müttəfiqlik təsiri bağışlayır.
 
The post İran fars rejimi,Azərbaycan qarşı yinə Erməniləri silahlandırıb , qudurdur appeared first on Oğuz TV.

Bu yazıya səs verənlər



   Sponsored by BayBak || Bağlantı